Yağış Bakını yuyub apardı (VİDEO)
Dünən gecə yağan yağış paytaxtda fəsadsız ötüşməyib.
ANS TV-nin məlumatına görə, bir sıra küçə və prospektlərdə yağış suları maşınların və insanların hərəkətində müəyyən problemlər yaradıb. Paytaxtın mərkəzinə, Nəriman Nərimanov metrostansiyasının yaxınlığındakı küçələrə yağan yağış sanki gölü xatırladır. Nə piyadalar bu yoldan keçə bilir nə də maşınlar.
Ziya Bünyadov prospekti və keçmiş Karl Maks dairəsi kimi tanınan ərazidə də vəziyyət eynidir. Yolda yaranan çala-çuxurlar su ilə dolmuşdu ki, bu da maşınların hərəkəti üçün çətinlik yaradırdı.
Hidrometroloqlar isə qeyri-sabit hava şəraitinin hələ sabah günorta saatlarına qədər davam edəcəyini bildirir. Həmçinin rayonlarda da havanın temperatru düşəcək. Dağlıq və dağətəyi ərazilərə qar yağacağı proqnozlaşdırılır.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyir ki, havanın temperatur 7-10 dərəcə arasında dəyişəcək. Şimal-qərb küləyi isə axşama doğru mülayimləşəcək. Amma sabah günortadan etibarən temperatur xeyli artacaq. Həmçinin 15 dərəcəyədək artması gözlənilir.
Aprel ayının 14-dən sonra isə temperaturun respublika ərazisində 10-15 dərəcəyədək yüksələcəyi bildirilir.
ANS TV, Hürü Əliyeva