Ölkə
Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr üçün layihə həyata keçirilir
Bakı, 6 aprel,
AZƏRTAC“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi “Əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması” layihəsini həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihə iyulun 1–dək davam edəcək.
Şuradan
AZƏRTAC-a bildirilib ki, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və təhsilə marağını artırmaq istəyən xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr bu layihədə iştirak edə bilərlər.