Ölkə

Xəzər sularında dəhşətli anlar

Metbuat.az

Ötən gün Xəzər dənizinin Azərbaycan ərazisinə düşən hissəsində iki meyit tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, meyitlərin biri Bakıda, digər Neftçalada aşkarlanıb.



Belə ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, dənizdə, qəsəbə sakini Şamil Məmmədovun meyiti aşkarlanıb. Onun üzərində zorakılıq əlamətləri görünməyib.



Meyitlərdən biri də Neftçala rayonunun Qoltuq qəsəbəsində aşkarlanıb. Çürüməyə məruz qalmış şəxs 25-35 yaşlarındadır.



Hər iki faktla bağlı araşdırmalar aparılır.

Mənbə
ANS PRESS