Dünya

Xakasiyada dəhşətli yanğınlar zamanı həlak olanların sayı 15 nəfərə çatıb

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Rusiyanın Xakasiya Respublikasında kütləvi insan tələfatına səbəb olmuş yanğın faktına görə səhlənkarlıq maddəsi üzrə ümumilikdə beş cinayət işi açılıb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Xakasiya Respublikası üzrə idarəsinin məlumatına əsasən, yanğının söndürülməsi zamanı 15 nəfərin cəsədi aşkarlanıb. Tibbi yardım məqsədi ilə 450 nəfərdən artıq insan xəstəxanalara müraciət edib. Əksəriyyəti yaşayış evi olan 1285-dən artıq tikili məhv olub, 5 mindən artıq insan evsiz-eşiksiz qalıb. Respublika ərazisində 20 müvəqqəti yerləşmə məntəqəsi açılıb. Yanğınlar Xakasiyanın bir çox rayonunu, o cümlədən Abakan, Çernoqorsk və Sayanoqorsk şəhərlərini bürüyüb. Faciənin vurduğu ziyanı aradan qaldırmaq üçün 5 milyard rubldan artıq vəsait tələb olunur.


Meşə mühafizəsi xidmətindən verilən məlumata görə, hazırda bütün iri yanğınlar nəzarət altına alınıb, daha iki kiçik yanğının söndürülməsi istiqamətində işlər aparılır.