Ölkə
Xaçmaz rayonu ərazisində 20 hektar yeni meşəliklər salınıb
Xaçmaz, 20 aprel, Elxan Yusifli,
AZƏRTACBu ilin ilk üç ayında Xaçmazda 20 hektar yeni meşəlik salınıb.
Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən
AZƏRTAC-a bildirilib ki, ilin sonuna kimi bu göstəricinin 30 hektara çatdırılması nəzərdə tutulub. Yeni salınan meşəliklər əsasən rayonun Qusarçay və Müzəffəroba kəndləri ətrafındadır. Yaşıllıqlar salınarkən əsasən yerli tinglərdən istifadə olunur. Meşəliklərdə qovaq, palıd, ağcaqayın, vələs, qoz, akasiya ağacları əkilib.
Müəssisənin direktoru Adil Məcidov, həmçinin qeyd edib ki, bu ilin birinci rübündə qanunsuz olaraq 19 ağacın kəsilməsi ilə bağlı 4 akt tərtib olunub və dəymiş ziyanın 551 manatı ödənilib.
Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisənin balansında 9002 hektar meşəlik var.