İqtisadiyyat

www.icazeler.gov.az portalının istifadəçilərinin sayı artır

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

 


İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən mart ayında 8100-dən çox, indiyədək isə 352 minə yaxın internet istifadəçisi yararlanıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, portala ötən ay yerlilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Rusiya, Böyük Britaniya, Çin və Türkiyədən olan istifadəçilər daxil olublar.


Məlumatda qeyd edilir ki, indiyədək 20 dövlət qurumunun 154 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün portalda yerləşdirilib.