Dünya

“Walt Disney World” parkında “Lamborghini” qəzaya uğrayıb

Metbuat.az

Bakı, 13 Aprel,

AZƏRTAC

ABŞ-ın Florida ştatının Orlando şəhərindəki “Walt Disney World” parkında lüks kateqoriyalı avtomobillərin yarışında “Lamborghini”nin sürücüsü idarəetməni itirərək qəza törədib.


AZƏRTAC

Associated Press xəbər agentliyinin saytina istinadla xəbər verir ki, qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Sərnişin isə hadisə yerində keçinib.


Qeyd edək ki, parka gələn ziyarətçilər bu əyləncəli yarışda Lamborghini, Porsche və Ferrari kimi lüks maşınlardan istifadə edə bilərlər.