Texnologiya
Virtual reallığa 1,5 milyon dollar yatırıldı
WEARVR virtual reallıq əlavələri dükanı 1,5 milyon dollar həcmində sərmayə əldə edib. ICTnews xəbər xidmətinin məlumatına əsasən, dükan artıq bir ildir ki fəaliyyət göstərir və 900 əlavə təqdim edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, dükan vasitəsi ilə yükləmələrin sayı 200 mini ötüb, baxmayaraq ki, açıq satışda tələb olunan qurğuları tapmaq demək olar ki, mümkün deyil.
Şirkət qeyd edilən sərmayələri dükanın funksional zənginləşməsinə yönəltmək niyyətindədir.
Milli.Az