Texnologiya

Vətəndaşlar "Elektron hökumət" portalı üzərindən daha 4 elektron arayışı əldə edə biləcəklər

Metbuat.az

Bu gün "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.




“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, istifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:








  • Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
  • Yaşayış yeri haqqında arayış
  • FİN-ə görə fərdi məlumatların axtarışı
  • Diplom haqqında məlumatlar

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.


Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür .


FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:


  • Soyad, ad, ata adı
  • FİN
  • ŞV verilmə tarixi
  • Etibarlılıq tarixi
  • Verən orqanın adı
  • Vətəndaşlıq
  • Yaşayış ünvanı
  • Doğum yeri
  • Doğum tarixi
  • Boy
  • Qan qrupu
  • Ailə vəziyyəti
  • Hərbi vəzifə
  • Cins
  • Göz rəngi

Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:


  • Qəbul olduğu təhsil müəssisəsinin adı
  • Qəbul olduğu ixtisas
  • Yerdəyişmə üzrə məlumatlar
  • Bitirdiyi təhsil müəssisəsinin adı
  • Bitirdiyi ixtisas
  • Fakültə
  • Təhsil pilləsi
  • Təhsil forması
  • Təlim dili
  • TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
  • Təhsil müəssisəsinə daxil olduğu il
  • Təhsil müəssisəsini bitirdiyi il
  • Diplomun seriya və nömrəsi
  • Diplomun növü

 


 


E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.


Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.



Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.



Aynur Vəliyeva