İqtisadiyyat

Vergilər Nazirliyi büdcəyə 3 ayda 1,7 milyard manat köçürüb

Metbuat.az

Bu ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olub. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla da proqnoz tapşırığından 3 faiz artıq nəticə əldə edilib.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742,0 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz təşkil edib.