Dünya

Vaşinqtonda Ağ evin ərazisinə keçməyə cəhd edən şəxs saxlanılıb

Metbuat.az

[ 20 Aprel 2015 12:21 ]



Bakı – APA. Vaşinqtonda Ağ evin ərazisinə keçməyə cəhd edən şəxs saxlanılıb.

APA-nın “The Washington Post”a istinadən verdiyi məlumata görə, həmin şəxs hökumət kompleksinin hasarından keçməyə çalışan zamanı tutulub.

Onun üzərində olan bağlamada təhlükəli heç nə aşkarlanmayıb.

Hadisə aprelin 19-da axşam saatlarında baş verib. Kimliyi bəlli olmayan şəxs hazırda polis nəzarətindədir.