Ölkə
Ümumdünya Yer gününə həsr edilmiş konfrans keçirilib
Bakı, 20 aprel,
AZƏRTACGənclərin Mənəvi İnkişafı İctimai Birliyinin (GMİİB) təşkilatçılığı ilə “Park İNN” otelində 22 aprel - Ümumdünya Yer gününə həsr olunan “Həyat üçün seçilmiş planet: Yer” və “Təbiət və texnologiya” adlı konfrans keçirilib.
İctimai Birlikdən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə GMİİB-in fəaliyyəti barədə məlumat verilib, təşkilatın sədri Ramiq Vəliyev bioloji müxtəlifliyin qorunması, ekoloji təhlükəsizliyin təmin olunmasından bəhs edib.
Konfransın “Həyat üçün seçilmiş planet: Yer” adlanan hissəsində Günəş sistemindən danışılıb.
Maraqlı diskussiya şəklində keçən konfransda texnoloji yeniliklərin üstünlüklərinə də toxunulub.