Ukrayna Prezidenti Petr Poroşenko ötən il 16 milyon dollar qazanıb
Bakı, 8 aprel,
AZƏRTACUkrayna Prezidenti Petr Poroşenko 2014-cü ildə 368 milyon qrivendən çox (16 milyon dollar) qazanıb. Bu barədə əmlak və qazanc barədə bəyannamə əsasında dövlət başçısının mətbuat xidməti məlumat verib.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, məlumatda, həmçinin prezidentin keçən il 18 milyon qriven vergi ödədiyi, xeyriyyə proqramlarına isə 123 milyon qriven xərclədiyi bildirilir.
“Petr Poroşenko prezident səlahiyyətləri ilə əlaqədar olan bəzi xərcləri maliyyələşdirir. Bunlara xarici ölkələrə səfər zamanı təyyarə uçuşları üçün yanacaq xərcləri də daxildir. Bundan başqa, 2014-cü ildə əldə etdiyi gəlirlə Petr Poroşenko prezidentliyə namizəd qismində özünün seçki kompaniyasının xərclərini də ödəyib”, - deyə mətbuat xidməti vurğulayıb.
Bank hesablarında 451 milyon 925 min qriven vəsaiti olan prezident 2014-cü ildə yeni obyekt, torpaq sahəsi, ev, mənzil və nəqliyyat vasitələr almayıb.
Qeyd edək ki, Petr Poroşenko “Prime Assets Capital” ictimai səhmdar cəmiyyətinin aksiyalarının 100 faizinə sahibdir. Bu holdinqə Roshen qənnadi korporasiyası, bir neçə televiziya kanalı və radiostansiyalar, aqrar sektor və avtomobil müəssisələri, iki idman klubu və başqaları daxildir