Maraqlı

Üç qadın internet fenomeninə döndü - VİDEO - FOTO

Metbuat.az
Avstraliyadakı "SketchShe" komediya-sketç triosu "Queen" qrupunun dünyaca məşhur "Bohemian Rhapsody" mahnısının "Bohemian Capsody" adlı şən versiyasının audiosunu YouTube-da yayandan sonra sosial şəbəkələrdə fenomenə çevrilmişdi.
 
Həmin videoya YouTube-da 18116947 dəfə baxılıb.
 
İndisə bu üç xanım "Mime Through Time" adlı videonu paylaşıb.
Milli.Az bildirir ki, video ABŞ-ın Los-Anceles şəhərində hazırlanıb.
 
Sidneyli xanımlar yeni videolarında 1940-cı illərdən bəri populyar olmuş 15 mahnının popurrisini oxuyublar.
 
28 yaşlı Şey-Li Şekslford, 25 yaşlı Lana Kinqton və 27 yaşlı Medison Lloydun ifaları əsla pis alınmayıb.
 
Xanımların dediklərinə görə, onların Los-Ancelesdə olmalarının səbəbi "SketchShe" adlı komediya şousu layihəsini gerçəkləşdirmək məqsədilə maliyyə və texniki mənbələr aramaqdır.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.