İqtisadiyyat

Üç ayda “Bibiheybətneft” neft və qaz çıxarma idarəsində 28 min ton neft, 4 milyon kubmetr təbii qaz hasil olunub

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qaz çıxarma idarəsində (NQÇİ) bu ilin yanvar-mart aylarında 28 min 196 ton neft və 4 milyon 508 min kubmetr təbii qaz hasil olunub.


İdarədən

AZƏRTAC

-a bildirilib ki, hesabat dövründə NQÇİ-də 29 min 119 ton neft və 3 milyon 917 min kubmetr qaz isə təhvil verilib.


Yanvar-mart aylarında idarədə 136 quyuda texniki tədbir aparılıb. Nəticədə 338 tona qarşı, 363 ton neft hasil olunub. Həmçinin 38 quyuda geoloji tədbir görülüb ki, nəticədə 960 tona qarşı, 1293 ton əlavə neft çıxarılıb. İdarədə 28 quyuda əsaslı, 1240 quyuda isə yeraltı təmir işi görülüb.