İqtisadiyyat

Üç ay ərzində toplanmış sığorta haqlarının 23,9 faizi həyat sığortasının payına düşüb

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 23,9 faizi və ya 32,25 milyon manatı həyat sığortasının payına düşüb.


Azərbaycan Sığortaçılar Assosiasiyasından

AZƏRTAC

-a bildiriblər ki, 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 5,1 faiz böyüyüb.


Həyat sığortasındakı yığımların təxminən 49,8 faizi və ya 16,1 milyon manatı həyatın yaşam sığortasının, 33,7 faizi və ya 10,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,1faizi və ya 5,2 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,4 faizi və ya 126 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.


3 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 7,24 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 20,3 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 3,8 dəfə çoxdur.


Həyat sığortası üzrə ödənişlərin təxminən 80,4 faizi və ya 5,8 milyon manatı həyatın yaşam sığortasının, 10,3 faizi və ya 748 min manatı həyatın ölüm halından sığortasının, 9,3 faizi və ya 676 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.


Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 6,3 manat olub.