İqtisadiyyat

​Türkiyəli professor ADNA-da seminar keçirib

Metbuat.az

İAEE haqqında qısa məlumat verən qonaq Birliyin 1977-ci ildə yaradıldığını və qısa zamanda bütün dünyada məşhurlaşdığını deyib. Onun sözlərinə görə, tələbələrin enerji sahəsinə marağını artırmaq üçün enerji yay məktəblərinin keçirildiyini deyib. 


Türkiyədə elektrik enerji israfının 12%-ə bərabər olduğunu deyən G.Kumbaroğlu bu rəqəmin müxtəlif regionlarda dəyişdiyini deyib: "Ümumilikdə, Türkiyə üzrə elektrik enerjisi itkisi 12%-ə bərabərdir. Amma regionlara getdikcə, bu rəqəm daha fərqlidir. Məsələn, Anadoluda bu rəqəm 60%-ə yüksəlir".


Xatırladaq ki, Mərmərə Universitetinin professoru, Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) sədri G.Kumbaroğlu dünəndən Bakıda səfərdədir. 


Bu mövzuda ilk dəfə martın 23-də Türkiyənin Mərmərə Universitetində keçirilən seminarın dünyanın bir çox universitetlərində davam etdiriləcəyi bildirilir.