Dünya

Türkiyədə inşa ediləcək “Akkuyu” nüvə stansiyasının təməli gələn həftə qoyulacaq

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Türkiyənin Mersin vilayətində inşa olunacaq “Akkuyu” nüvə stansiyasının təməli aprelin 14-də qoyulacaq.


AZƏRTAC

Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qardaş ölkədə ilk nüvə güc stansiyası olacaq “Akkuyu”nun təməlqoyma mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Rusiyanın Dövlət Nüvə Şirkəti “Rosatom”un baş direktoru Sergey Kiriyenko və “Akkuyu Nükleer AŞ”nin baş direktoru Fuad Axundov iştirak edəcək.