Dünya

Türkiyədə böyük əməliyyat başladı

Metbuat.az

Türkiyənin İstanbul şəhərində "İnqilabçı Xalq Qurtuluş Partiyası" və ya DHKP-c-nin üzvlərinin Berkin Əlvan işinə baxan prokuroru girov götürməsindən sonra təşkilatla bağlı əməliyyat başlayıb.



ANS PRESS-in məlumatına görə, Antalya şəhəri Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin bu səhər həyata keçirdiyi əməliyyat nəticəsində DHKP-c-nin 19 üzvü saxlanılıb.



Əməliyyat adıçəkilən təşkilatın ölkə miqyasında təhlükə törətdiyi əsas gətirilərək və Türkiyənin Baş prokurorunun göstərişinə əsasən həyata keçirilir.



Səhər saatlarında eyni vaxtda bir neçə ünvanda reydlər zamanı saxlanılan 19 nəfərin dindirilməsi davam edir.


Mənbə
İHA