Dünya

Türkiyədə “Akkuyu” AES-in təməli qoyulub

Metbuat.az

İstanbul, 14 aprel,

AZƏRTAC

Türkiyənin Mersin vilayətində “Akkuyu” Atom Elektirik Stansiyasının (AES) təməli qoyulub. Bu münasibətlə keçirilən mərasimdə Türkiyənin enerji və təbii sərvətlər naziri Tuner Yıldız, “Rosatom” şirkətinin baş direktoru Sergey Kriyenko, “Akkuyu-atom” Anonim Şirkətinin baş direktoru Fuad Axundov, Mersin vilayətinin valisi Özdemir Çakacaq və digər rəsmi şəxslər iştirak ediblər.


Mərasimdəki çıxışlarda qeyd olunub ki, Türkiyənin sürətli inkişafı ölkədə enerjiyə olan tələbatın həcmini də durmadan artırır. Buna görə də atom enerjisindən bəhrələnmək zamanın tələbidir.


Məlumat verilib ki, yeni AES-in tikintisində 10 mindən çox insan çalışacaq. Türkiyə atom enerjisindən istifadə etməklə təbii qaz sərfini dəfələrlə azaldacaq.



Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul