İqtisadiyyat
Türkiyə Vəqfinin 30 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb
Bakı, 8 aprel,
AZƏRTACRabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 30 illiyinə həsr edilmiş poçt markasını dövriyyəyə buraxıb.
Şirkətdən
AZƏRTAC-a bildirilib ki, markanın nominal dəyəri 0,5 manat təşkil edir.
Qeyd edək ki, Türkiyədə 1985-ci ildə müstəqil bir qeyri-hökumət təşkilatları olaraq qurulan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi, həllini gözləyən və gələcəkdə problem ola biləcək mövzuları müəyyənləşdirərək seminar, konfrans və görüşlər təşkil edir, hesabat və analizlər hazırlayır.