İqtisadiyyat

Türkiyə TANAP çərçivəsində İranla əməkdaşlığı mümkün sayır

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ "Həm

SOCAR

-ın, həm də bizim paylarımıza uyğun ticari şərtlər daxilində İranla strateji əməkdaşlıq etmək mümkündür". 


"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız SOCAR-ın başçısı

Rövnəq Abdullayev

in İranın TANAP-la maraqlandığına dair bəyanatına münasibət bidirərkən deyib.


O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri haqqında danışarkən bildirib ki, Rusiyadan sonra ən çox təbii qaz aldıqları ölkə İrandır: "Aldığımız qazın həcmini artırmağımız üçün onun qiymətini nəzərdən keçirməyimiz lazımdır. Biz qiymətləri və şərtləri görmədən bununla bağlı son qərarı verə bilmərik".