Dünya

Türkiyə prezidentinin İrana səfərində müzakirə ediləcəyi gözlənilən mövzular açıqlanıb

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Ali İşbirliyi Şurasının ikinci toplantısında iştirak etmək üçün Tehrana səfər edəcək.


"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi, ölkə prezidenti Həsən Ruhani ilə görüşlər keçirəcək.


Səfər çərçivəsində dünyadakı, o cümlədən bölgədəki, eləcə də Yəmən, İraq və Suriyadakı vəziyyətin, ikitərəfli münasibətlərə dair məsələlərin müzkirə ediləcəyi gözlənilir.


Bundan başqa, atom-nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətləri ilə İran arasında əldə edilən razılaşmanın dəyərləndiriləcəyi planlaşdırılır.