Dünya

Türk əsgərlərinin mobil telefondan istifadə etməsinə icazə veriləcək

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Türk əsgərlərinin ölkənin Silahlı Qüvvələri tərəfindən təsdiq olunan mobil telefonlarla müəyyən vaxtlarda və yoxlanılan nömrələrlə danışıqlar aparmasına icazə veriləcək.


AZƏRTAC

xəbər verir ki, bu barədə məlumatı Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Məlumatda bildirilir ki, Türk Silahlı Qüvvələrinin əsgərlərinin öz ailələri ilə ünsiyyətini artırmaq, onların motivasiyasını yüksəltmək məqsədilə mobil telefonlardan müəyyən şərtlər daxilində və vaxtlarda istifadə edilməsi istiqamətində işlər sona çatıb. Yeni qaydanın tətbiqindən sonra əsgərlər öz ailələri ilə rahat əlaqə saxlaya biləcəklər.