Ölkə

Turizm və Menecment Universitetinin tələbələri Böyük Britaniyada təcrübə keçəcək

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Böyük Britaniyanın “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vaytla görüşüb.


ATMU-dan

AZƏRTAC

-a bildirilib ki, görüşdə Azərbaycanın turizm potensialının əsaslı fakt və göstəricilər kontekstində müzakirəsi aparılıb.


Daha sonra rektor C.Cəfərov qonağa rəhbərlik etdiy ali məktəbin yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, Britaniya universitetləri ilə mövcud əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verib.


E.Vayt təmsil etdiyi təşkilat, o cümlədən qurumun ölkəmizdə həyata keçirilən layihələrdən söz açıb.


Görüşdə ATMU-nun tələbələrinin Britaniyada təcrübə keçmək, o cümlədən əməkdaşlıq məsələləri müzakirə predmeti olub.


E.Vayt ali təhsil ocağında ingilis dili kafedrasının və universitetdə bu ilin mart ayından fəaliyyət göstərən Dil mərkəzinin əməkdaşları ilə də görüşüb.