İqtisadiyyat

Turizm kursları başa çatıb

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Aprelin 13-də “Excelsior” otelində turizm üzrə kurslar yekunlaşdırılıb və iştirakçılara sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.


AZƏRTAC

xəbər verir ki, aprelin 6-da Bakı Turizm Peşə Məktəbində başlayan kurslar birinci Avropa Oyunlarına həsr edilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən təlimlərin əsas məqsədi – mehmanxana və otellərin rəhbərlərinin, bu sahədə çalışan işçilərin peşəkar səviyyəsini artırmaq, habelə ölkədə turizm potensialını genişləndirməkdir. Bu məqsədlə Bakıya Türkiyədən bir qrup təcrübəli müəllim dəvət olunub. Müəllimlər turizm sənayesinin beş əsas istiqaməti üzrə təlimlər aparıblar. Kurslarda birinci Avropa Oyunlarına böyük diqqət ayrılıb. Qeyd edilib ki, Avropa Oyunları müddətində ölkəmizə çoxlu idmançı, jurnalist, turist gələcək. Bu hadisə Azərbaycanda turizmin səviyyəsini daha da artıracaq.


Yeri gəlmişkən, artıq 10 ildir ki ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycanın müxtəlif regionlarında turizm sahəsindəki əməkdaşlar üçün treninqlər keçirilir.