Texnologiya

“Turbo NAS” məlumat toplayıcıları Azərbaycan bazarına təqdim edilib

Metbuat.az

“QNAP” şirkəti Azərbaycan bazarında ev istifadəçiləri və kiçik ofislər üçün TS-x51 seriyasından “Turbo NAS” şəbəkə məlumat toplayıcılarını, UX-500P və UX-800P seriyalı stolüstü USB-modulların satışına başlayıb.


 


“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Turbo NAS-ın bundan öncəki versiyalarından fərqli olaraq yeni modellər güclü, lakin qənaətli ikinüvəli “Intel Celeron J1800” prosessoru ilə seçilir. Həmçinin  və 1 Gbit (8 Gbit-dək genişlənmə imkanı var) həcmli DDR3L-1333 effektiv yaddaşı ilə fərqlənir. Prosessor, 220 Mbit/s-dək sürətlə məlumatların oxunması və yazılması ilə yanaşı, xüsusi modullar sayəsində kiçik ölçülü çarxların hazırlanması üçün FullHD-video sürətli transkodlaşmasını təmin edir.


 


Bu çarxlara baxmaq video hostinqlərə, o cümlədən planşet və smartfonlara ötürmə baxımdan funksionallıq imkanı deməkdir.  İstənilən TS-x51 toplayıcısını televizora və ya yüksək dəqiqliyə malik olan monitora HDMI-port vasitəsi ilə qoşaraq multimedia fayllarına, videoya baxmaq mümkündür.


 


Aynur Vəliyeva