Maraqlı

Təmizliyi günah hesab edən Avropa

Metbuat.az

19-cu əsrə qədər Avropada dəhşətli vəhşilik hökm sürürdü. Filmləri və fentezi janrında olan romanları yaddan çıxarın. Həqiqət isə daha acınacaqlıdır. Bununla yanaşı bu hal, tək qaranlıq Orta əsrlərə aid deyil. Təriflənən İntibah dövründə də əsaslı heç bir dəyişiklik baş verməyib.

 
Yeri gəlmişkən, təəssüflər olsun ki, həmin Avropada həyatın bütün mənfi tərəflərinə görə xristian kilsəsi günahkardır. İlk növbədə katolik kilsəsi.
 
Antik dövr gigiyenik prosedurları ən əsas zövqlərdən (ləzzətlərdən) biri etmişdi, təkcə məşhur Roma hamamlarını yada salmaq kifayətdir. Xristianlığın qələbə çalmasına qədər tək Romada mindən çox hamam var idi. Xristianlar hakimiyyətə gələn kimi ilk növbədə bütün hamamları bağlatdırdılar.
 
O vaxtkı insanlar bədənin yuyulmasına şübhəli yanaşırdılar: çılpaqlıq günahdır, bundan başqa soyuqdur, xəstələnmək olar. İsti vanna real deyil – odun əsas istehlakçı olan Müqəddəs İnkvizisiya üçün çox baha idi, o da ki, güclə çatırdı, bəzən sevimli edam növü olan yandırmanı insanı hissələrə bölməklə, sonralar isə təkərə bağlayıb sürüməklə əvəz edirdilər.
 
İspaniya kraliçası Kastiliyalı İzabella (15-ci əsrin sonları) etiraf edirdi ki, həyatı boyu cəmi iki dəfə yuyunub, anadan olanda və toy vaxtı.
 
Fransa krallarının qızlarından biri bitlənmədən ölüb. Papa 5-ci Kliment dizenteriyadan, Papa 7-ci Kliment isə dəhşətli qaşınmadan dünyasını dəyişib (kral 2-ci Filip kimi). Hersoq Norfolk dini əqidəsinə görə, yuyunmaqdan imtina edib. Onun bədənini yara basmışdı. Belə olanda qulluqçuları onun sərxoş olmasını gözləyib və bundan sonra güclə bədənini yuyublar.
 
Fransa kralı XIV Lüdoviqin sarayındakı rus səfirlər yazırdılar ki, əlahəzrət “vəhşi heyvan kimi qoxuyurdu”.
 
Rusların özlərini isə iyrənc hesab edirdilər, çünki onlar ayda bir dəfə və ya daha çox hamama gedirdilər. 
 
 
Əgər 15-16-cı əsrlərlə varlı şəhərlilər yarım ildə bir dəfə çimirdilərsə, 17-18-ci ərslərdə onlar ümumiyyətlə hamama getməyə son qoydular. Əlbəttə bəzən hamamdan istifadə etmək lazım gəlirdi, o da ki, müalicə məqsədilə. Bu prosedura diqqətlə hazırlıq işləri görülürdü, sonda isə klizma qoyulurdu. Fransa kralı 14-cü Lüdoviq həyatında iki dəfə çimib, o da ki, həkimin məsləhəti ilə.
 
Həmin qəribə, anlaşılmaz xristianlıq dövründə bədənə qulluq günah hesab olunurdu.
 
Xristian rahiblər insanları cır-cındırda gəzməyə və heç vaxt yuyunmamağa çağırırdılar, “çünki məhz bu yolla insan mənəvi təmizlənmiş olur”.
 
Bundan başqa, həm də ona görə yuyunmaq olmazdı ki, bu yolla bədəndən “müqəddəs suyu” yuyub aparmaq olar.
 
Nəticədə insanlar illərlə çimmirdilər və ya ümumiyyətlə su üzü görmürdülər. Çirk və bit-birə müqəddəsliyin xüsusi əlamətləri sayılırdı.
 
Təmizliyə nifrətlə baxırdılar. Bit-birəni “ilahi inci” adlandırırdılar və müqəddəslik əlaməti hesab edirdilər. Müqəddəslər, istər qadın olsun, istərsə kişi, ayaqlarının heç vaxt su görmədiyi ilə öyünürdülər (çaydan keçərkən ayaqlarının su dəyməsi halı istisna olmaqla).
 
İnsanlar o qədər su prosedurlarından uzaq düşmüşdülər ki, həkim F.E. Bilç məşhur tibb kitabında insanları çimməyə sövq edib: “Elə insanlar var ki, düzün desəm, çayda və ya vannada çimməyə cürət etmirlər, hətta uşaqlıqdan heç vaxt suya girməyiblər. Bu qorxu əsassızdır” – deyə Bilç “Yeni təbii müalicə” kitabında yazıb.
 
"İnkişaf" etmiş Avropada ayaqyolu problemi
 
Xristianlığın yayılması ilə avropalıların həyatı tam dəyişdi. Artıq kanalizasiya və sudan istifadə unuduldu. Demək olar ki, bütün yaşayış məntəqələrindən üfunət saçan bərələr axırdı.
 
Antik dövrün nailiyyətlərini unudan insanlar artıq təbii ehtiyaclarını harda gəldi ödəyirdilər. Misal üçün, sarayın pilləkanlarında yaxud qapısının qarşısında. Fransanın kral ailəsi mütəmadi olaraq bir saraydan digərinə köçürdü. Çünki bir müddətdən sonra sözün əsl mənasında orda nəfəs almaq mümkün olmurdu: bütün çarpayıların altında daim güvəclər saxlanılırdı.
 
Fransa kralı IX Lüdovik (XIII əsr) günlərin birində nəcis "yağışına" tutulduqdan sonra Paris sakinlərinə pəncərələrdən nəcisin atılmasına rəsmən icazə verildi. Amma bunun üçün 3 dəfə ucadan "Ehtiyatlı olun!" deyilməli idi.
 
Təqribən XVII əsrdə başların nəcisdən qorunması üçün yanları enli papaqlar icad edildi. Və indi tarixi filmlərdə gördüyümüz reveransın əsas mahiyyəti əslində üfunətli papağı xanımdan mümkün qədər uzaqlaşdırmaq olub.
 
Luvrda, Fransa krallarının sarayında bir dənə də olsa ayaqyolu yox idi. Təbii ehtiyacları kim harda bacardı ödəyirdi: balkonlarda, pilləkanlarda, sarayın otaqlarında. Zamanı gəldikdə qonaqlar da, əyyanlar da, hətta kral da ya açıq pəncərənin kənarında çöməlirdilər, ya da ki onlara xüsusi qablar gətirilirdi.
 
islam.az