Ölkə
Teleməkanda ilk dəfə
Bakı, 6 aprel,
AZƏRTACRegion TV efir məkanında ilk olan “Biz Birik” layihəsini təqdim ediləcək. Layihəyə “Hekayələrimiz ayrı olsa da Biz Birik” şüarı ilə start verilir.
“Biz Birik” layihənin mətbuat əlaqələndiricisi Fuad Rəsul
AZƏRTAC-a bildirib ki, teleməkanda ilk dəfə olaraq aparıcı Amid Həsənquliyev əlil arabasında tamaşaçıların qarşısına çıxacaq. Layihənin əsas məqsədi əlilliyi olan insanların uğur hekayəsini təqdim etməkdir. O insanların ki, həyatda qarşılaşdıqları çətinliklərə, maneələrə baxmayaraq, yorulmadan, dayanmadan, əzmlə, iradə ilə zirvəyə doğru addımlayırlar.
“Biz Birik” layihəsinin qəhrəmanlarından biri ikiqat paralimpiya çempionu İlham Zəkiyevdir.