Ölkə

Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 7 aprel,

AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də saat 11.00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprelində şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Təhsil Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar aprelin 7, 8, 9 və 10-da bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya

http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul

elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyətı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.