Təhsil naziri Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edib
Şəmkir, 13 aprel, Sabir Əliyev,
AZƏRTACTəhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC
xəbər verir ki, qəbulda iştirak edən vətəndaşlar əsasən ali təhsı, tələbələrin təhsil aldıqları ali və orta ixtisas məktəblərindən digərinə köçürülmələri, müəllim yerdəyişmələri, işlə təminat, təhsil haqlarının ödənilməsində yaranan çətinliklər, xaricdə təhsil və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbula zamanı hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan təhsil naziri Mikayıl Cabbarov onların bəzilərini yerindəcə həll edib, bəzilərinin araşdırılması üçün tapşırıqlar verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərin əlaqədar orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn 40 nəfərədək vətəndaş onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.