Maraqlı
Anspress
Milli.Az
Tarixdə ilk
İndiyədək daim itlərə qəhrəman adı verən finlər artıq pişikləri də mükafatlandırırlar
Finlandiyada pişik sahibləri birliyi tarixdə ilk dəfə olaraq 5 pişiyə qəhrəman adı verib.
Anspress
-in məlumatına görə, bu cəsur və ağıllı pişiklər insanların həyatını xilas ediblər, yaxud da ki, ciddi xəstəlik təhlükələrindən qoruya biliblər.
Finlandiyanın ilk qəhrəman pişiyi olan Simba Kotka şəhərində yaşayır. Onun sahibi diabet xəstəsidir. Bir səhər o, sahibinin oyanmadığını görüb və onu dişləməyə, cırmaqlamağa başlayıb. Sahibi oyanıb və qanında şəkər səviyyəsini ölçüb. Məlum olub ki, pişik sahibini oyatmasaydı, o, dünyasını dəyişəcəkdi.
Qeyd edək ki, Finlandiyada pişiklərdən fərqli olaraq itlərə artıq bir neçə ildir ki, qəhrəman adı ilə mükafatlandırırlar.
Milli.Az