Dünya

Sürücüsüz avtomobil ABŞ-ı başdan-başa qət etdi

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

“Delphi Automotive”nin mühəndisləri tərəfindən hazırlanan sürücüsüz avtomobil ABŞ-ın San Fransisko və Nyu-York şəhərləri arasında 5 min 500 kilometrlik yolu qət edib.


Dünyanın 33 ölkəsində fəaliyyət göstərən “Delphi Automotive” şirkətindən bildirilib ki, lazer sensorları, kameralar və radarlarla təchiz olunan Audi Q5 model sürücüsüz avtomobilinə hərəkətdə olduğu həmin yolda yalnız iki dəfə müdaxilə edilib. Müdaxilələr ilkin təmir işləri ilə əlaqədar yolda yaranan sıxlıqla, ikincisi isə avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi nəticəsində olub. Nəqliyyat vasitəsi avtomobil qovşaqlarını, körpüləri və şoseləri problemsiz keçdiyi yolu 9 günə qət edib.


“Delphi Automotive”nin texnologiya direktoru Jef Ovens qeyd edib ki, sürücüsüz bir vasitə ilk dəfə ABŞ-ın bir sahilindən digərinə keçib. Avtomobil səfər boyunca qeyri-adi performans göstərərək hətta gözləntiləri də aşıb.