Ölkə

Suraxanıda sakinlərin tibbi müayinəsi davam etdirilir

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi davam etdirilir. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada qrafik əsasında əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Rayonun 212300 nəfər sakininin və burada məskunlaş 21858 məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.


Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynovanın

AZƏRTAC

-a verdiyi məlumata görə, aprelin 8-də Suraxanı rayonunda 115 minə yaxın vətəndaş və 91-dən çox kollektiv tibbi müayinədən keçib. Rayon üzrə 6661 nəfər rentgen, 24102 nəfər laboratoriya, 6100 nəfər USM və 3497 nəfər EKQ müayinəsindən keçib. 5208 vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 715 nəfər dispanser nəzarətinə alınıb, 463 nəfər sağlamlaşdırılıb və 291 nəfər hospitalizasiya olunub. Xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb ediliblər.