Ölkə
Sumqayıtda yanğın: kirayənişin xəstəxanalıq oldu
Sumqayıtda güclü yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 12-də saat 01 radələrində Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakini Vaqif Xəlilovun həyətindəki 1 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Habelə yanıq xəsarəti almış orada kirayədə yaşayan Biləsuvar rayon sakini Nurlan Hüseynli xəstəxanaya gətirilib.
Araşdırma aparılır.