Ölkə
AZƏRTAC
Sumqayıtda döyüş sursatı aşkarlanıb
Bakı, 1 aprel,
AZƏRTACAprelin 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb.
AZƏRTAC
nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, FHN-n müvafiq qurumları hadisə yerinə cəlb edilib, mütəxəssislər aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu, 1 ədəd 152, 3 ədəd 122 millimetrlik istifadəyə yararsız top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 09:14-də başa çatıb.