Ölkə
Sumqayıt teatrı Türkiyədə VII “İnadına” festivalında iştirak edir
Sumqayıt, 14 aprel, Ətrabə Rzayeva,
AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi VII “İnadına” teatr festivalında iştirak edir.
Teatrın direktoru İslam Həsənov
AZƏRTAC–a bildirib ki, festivalda Azərbaycanı təmsil edəcək teatr Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşada əməkdar artistlərdən Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərov rol alıblar.
Qeyd edək ki, festival çərçivəsində tamaşa aprelin 16-da oynanılacaq.