İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkı ilə “GAMA Construction” şirkəti arasında layihələrin icrası imkanları müzakirə edilib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

 


“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə Türkiyənin “GAMA Construction” şirkəti arasında birgə layihələrin icrası imkanları müzakirə edilib.


AZƏRTAC

xəbər verir ki, bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində görüş keçirilib. Görüşdə Türkiyə şirkətinin təmsilçilərinə Sənaye Parkında rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib.


Qeyd edək ki, 1959-cu ildə yaradılmış “GAMA Construction” şirkəti neft emalı, metallurgiya, sement zavodlarının, elektrik və hidro-stansiyaların, metropoliten və sənaye obyektlərinin inşaası üzrə ixtisaslaşıb. Şirkət dünyanın 25 ölkəsində 400-dən artıq layihə həyata keçirib.