“STAR” neft emalı zavodunda ilk məhsul 2018-ci ilin birinci rübündə istehsal olunacaq
Bakı, 4 aprel, Nihat Budaqov,
AZƏRTACİzmirin Petkim yarımadasında inşa olunan “STAR” neft emalı zavodunun inşası 2017-ci ilin sonlarında başa çatdırılacaq. Bir neçə ay sınaq işləri aparılacaq və zavodda ilk məhsul istehsalı 2018-ci ilin birinci rübündə olacaq.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində səsləndirib. SOCAR-ın prezidenti qeyd edib ki, tikintisində 2 minədək insanın işlədiyi zavodun inşası plan və qrafikə uyğun davam etdirilir. Artıq podratçı şirkətlər işə başlayıblar.
Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktividir. Səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan şirkət eyni zamanda neft-kimya sahəsində qardaş ölkənin tək yerli xammal istehsalçısıdır.