İqtisadiyyat

Standard & Poor's “PAŞA Bank”ın reytinqini təsdiqləyib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Beynəlxalq reytinq agentliyi Standard & Poor's Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləyib.


Bu barədə “Paşa Bank”dan

AZƏRTAC

-a bildiriblər.


PAŞA Bankın idarə heyətinin üzvü, baş investisiya direktoru Taleh Kazımov qeyd edib ki, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu müasir dövrdə Bankın reytinqinin təsdiqlənməsi onun etibarlılığının tutarlı təsdiqidir. “Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, biz gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəsini verməyə hazırıq”, - deyə T.Kazımov vurğulayıb.


Qeyd edək ki, bu, Azərbaycanın 100 faiz yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir.