Dünya

Spiegel: Yunanıstan və Rusiya qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayacaqlar

Metbuat.az

[ 18 Aprel 2015 06:16 ]


Bakı-APA. Gələn həftə Yunanıstan və Rusiya qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayacaqlar.

APA-nın məlumatına görə, bu barədə  “Spiegel-Online” yazıb.

Qeyd olunur ki, saziş müflisləşmə təhlükəsi ilə üzləşən Yunanıstana 3-5 milyard avro məbləğində mənfəət gətirə bilər. Maliyyə vəsaitlərinin “Türk axını” qaz kəmərinin Yunanıstanın ərazisindən tikintisinə avans şəklində veriləcəyi ehtimal olunur. Kəmərin 2019-cu il üçün istifadəyə verilməsi nəzərdə tutulub.

İki ölkə arasında qaz sazişinin aprelin 21-də imzalanması planlaşdırılır. Müqavilənin təfərrüatları bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleks Tsipras arasında baş tutan görüşdə müzakirə olunub.