Dünya
Somalidə radikal islamçılar Təhsil Nazirliyinin binasına hücum edib, 9 nəfər ölüb
[ 14 Aprel 2015 18:22 ]
Bakı. Ülkər Bəkirli – APA. “Əş-Şəbab” radikal islamçı qruplaşması Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına hücum edib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 9 nəfər ölüb.
Partlayıcı qurğu quraşdırılmış avtomobilin nazirlik binası yaxınlığındakı divara çırpılması ilə başlayan hücum silahlı basqınla davam edib.