“Solarbike”: günəş batareyası ilə işləyən hibrid velosipeddir
Bakı, 9 aprel,
AZƏRTACVelosiped, şəksiz, ən qənaətli nəqliyyat növüdür, lakin daim pedal firlatmaq adamı yorur. Buna görə gələcəyin yeni velosipedi “Solarbike” günəş batareyası ilə işləyən elektrik motoru ilə təchiz edilib.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, batareyalar velosipedin təkərlərinə, akkumulyator isə onun çərçivəsinə quraşdırılıb. 80 kilometr yol qət etmək üçün velosipedi günün altında bir neçə saat saxlamaq kifayətdir. Akkumulyator qəflətən otursa, pedalları köhnə qayda ilə fırlatmaq olar. Velosiped dünyanın heç də günəşli olmayan bir şəhərində Danimarkanın paytaxtı Kopenhagendə hazırlanıb.
“Solarbike” sürücüdən pedalları fırlatmağı tələb etmədən saatda 25 kilometr sürətlə hərəkət edir. İnsanın səyləri ilə sürəti saatda 50 kilometrə çatdırmaq olar. Qacetin satışa çıxarılması barədə məlumat verilmir.