Maraqlı
Şok: müəllim dərsi dərisində yazır - FOTO
31 yaşlı müəllim Zoi Uoller nadir xəstəliyin daşıyıcısıdır. Orqanizmdə çox güclü allergiya reaksiyası sayılan dermatoqrafiya sindromuna mübtəla olmuş bu qadın dərisində istədiyi naxışları çəkir, yazılar yazır.
Şərqi İngiltərə Universitetində kimya müəllimi olan Z.Uoller mühazirələrində dediklərini tələbələrinə daha yaxşı anlatmaq üçün formulları bəzən dərisinə yazır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Zoi Uollerin sözlərinə görə, dərisinə formulları yazanda ağrı hiss etmir.
"Mühazirə kursu zamanı tələbələrə 100 kimyəvi maddə və preparatdan bəhs edirəm. Onların hamısının formullarını dərimdə yazır, gənclərə göstərirəm. Artıq məşhurlaşmışam", - Zoi Uoller gülümsəyərək söyləyib.
Onun sözlərinə görə, dermatoqrafiya xəstəsi olduğunu iki il əvvəl, müayinə zamanı öyrənib.
İndi mühazirələrində "dərs"i dərisinə yazmaq üçün karandaş və ya çöpdən istifadə edən Zoi Uoller sosial şəbəkələrdə də populyar fiqura çevrilməkdədir.
Dermatoqrafiya xəstəsi olan insanların orqanizmlərində histamin molekullarının sayı sürətlə artır və müalicə zamanı antihistamin preparatlardan istifadə olunur.
Z.Uoller xəstəliyindən agah olanda bədbinləşmişdi. Lakin rəfiqələrindən biri ona ABŞ-da yaşayan rəssam Ariana Rasseldən bəhs edib. Dermatoqrafiya xəstəsi Rassel dərisində əsərlər yaradırdı.
"Ariananın yaradıcılığı məni ruhlandırdı və dərimdən istifadə etmək qərarına gəldim. Mühazirələrimdə düsturları dərimə yazanda tələbələrin təəccübünü görməyiniz gərəkdir", - Zoi Uoller deyib.
Milli.Az