İqtisadiyyat

SOCAR: ""Türk axını" ilə "Cənub Qaz Dəhlizi" arasında rəqabət yoxdur"

Metbuat.az
""Türk axını" ilə "Cənub Qaz Dəhlizi"nə daxil olan layihələr arasında heç bir rəqabət yoxdur"
APA

xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya departamentinin müdiri

Vaqif Əliyev

deyib.



Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" və "Cənub axını" layihələrinin reallaşdırılması ilə bağlı məsələlər paralel müzakirə olunub: "Bu layihələr arasında rəqabət yoxdur. Rusiya qazının Avropaya “Türk axını” vasitəsilə çatdırılması bizim həcmlərə rəqib olmayacaq. Bizim 2019-cu ilin sonlarında - 2020-ci ilin əvvəllərində tədarük edəcəyimiz həcm rəqabətdən kənardır”.



Milli.Az