İqtisadiyyat
AZƏRTAC
SOCAR TANAP layihəsindəki payının satışı ilə bağlı danışıqlar aparmır
Bakı, 15 aprel, Nihat Budaqov,
AZƏRTACAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsindəki payını satmaq fikri yoxdur, bununla bağlı danışıqlar da aparmır.
AZƏRTAC
xəbər verir ki, bu sözləri SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə müsahibəsində deyib. S.Qasımov qeyd edib ki, SOCAR TANAP layihəsində 58 faiz paya malikdir və dövlətlərarası razılaşmaya əsasən, şirkətin bu layihədəki payı 51 faizdən aşağı düşməməlidir.
“Türkiyə tərəfi TANAP layihəsindəki öz payını satarsa, bu, onların seçimidir. Təbii ki, bu da layihədə iştirak edən tərəfdaşların razılığı ilə həyata keçirilməlidir”, - deyə vitse-prezident bildirib.