İqtisadiyyat

SOCAR TANAP layihəsindəki payının maliyyələşdirilməsinə başlayır

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (

SOCAR

) Transanadolu Qaz Kəməri (TANAP) layihəsində şəxsi  iştirak payının maliyyələşdirilməsinə başlayır.


"Report" "Cistran Finance"a istinadən xəbər verir ki, SOCAR və Türkiyənin BOTAS şirkəti layihənin 88% səhmlərinə malikdir. Qalan 12% səhmləri BP şirkəti almaq niyyətindədir. 


Qeyd edək ki, TANAP layihəsi 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə avropa istehlakçılarına qaz tədarük etməlidir. 


Boru kəmərinin tikintisi üçün "Sicim-Yuksel-Akkord Adi Ortakligi", "Tefken Insaat ve Tesisat A.S." və "Fernas Insaat A.S." şirkətləri seçilib.