İqtisadiyyat

SOCAR sentyabrda Türkiyədə ən nəhəng dəniz limanını istifadəyə verəcək

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın Türkiyə ərazisindəki enerji layihələrinin icra vəziyyəti yüksək səviyyədədir. Bütün işlər proqram üzrə davam etdirilir. "Report" xəbər verir ki, bu barədə "Azərtac"a müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (

SOCAR

) prezidenti

Rövnəq Abdullayev

məlumat verib.


R.Abdullayev bildirib ki, İzmirdə inşa olunan “Star” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri Prezident

İlham Əliyev

in tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır. 


"İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq. 2018-ci ilin aprelində “Star” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq”, - deyə SOCAR rəhbəri vurğulayıb.