İqtisadiyyat

“SOCAR POLYMER” layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşasını italyan şirkətləri həyata keçirəcək

Metbuat.az


Bakı, 7 aprel,

AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR POLYMER” layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşasını İtaliyanın “Maire Tecnimont S.p.A” şirkətinin törəmələri “Tecnimont S.p.A.” və “KT – Kinetics Technology S.p.A” şirkətləri həyata keçirəcək.


AZƏRTAC

“Maire Tecnimont S.p.A”nın saytına istinadla xəbər verir ki, dəyəri 350 milyon avro olacaq müqaviləyə əsasən törəmə şirkətlər “SOCAR POLYMER”in layihələndirmə, satınalma, tikinti – EPC adlanan mərhələsini həyata keçirəcək.


Şirkətlər arasında müqavilənin rəsmi imzalanma mərasimi aprelin 14-də Bakıda olacaq.


Qeyd edək ki, layihəyə əsasən inşa olunacaq zavodda ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı nəzərdə tutulur. Polipropilen istehsalına 2016-cı ildə başlanması planlaşdırılır.