İqtisadiyyat
SOCAR martda 6,5 min metr qazma işi həyata keçirib
Bakı, 2 aprel,
AZƏRTACÖtən ay Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 min 595 metr qazma işi həyata keçirib.
SOCAR-ın mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, bu sahədə görülən işlərin 6 min 208 metri istismara, 387 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 20 min 750 metr qazma işi görülüb ki, bunun da 19 min 763 metri istismara, 987 metri isə kəşfiyyata aid olub.
İlin əvvəlindən qazmadan alınmış 16 yeni quyu isə tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.